SMM: Rəqəmsal Dünyada Markanı Tanıtmağın Sənəti

Tarix: 21:39 21.04.2025
Sosial Media Marketinqi (SMM) – markanı tanıtmaq, müştəri ilə birbaşa ünsiyyət qurmaq və satışları artırmaq üçün sosial şəbəkələrdən istifadə etmə sənətidir. Sadəcə paylaşım deyil – bu, düzgün strategiya, kreativ məzmun və auditoriyanı yaxından tanımaq deməkdir.Facebook, Instagram, TikTok və digər platformalar sadəcə əyləncə vasitəsi deyil – bu gün hər biri bir reklam meydanıdır. Kim düzgün danışmağı bacarırsa, o da qazanır.
Mövzu ilə bağlı ekspert Zahidə Səmədova "İnformator.az"a açıqlamasında bildirib ki,SMM mütəxəssisi olmaq üçün dayanmadan inkişaf etmək lazımdır.Çünki günü-gündən trendlər dəyişir,maraqlar dəyişir,Sosial Media dəyişir.Və bu dəyişikliklərlə ayaqlaşmaq üçün bir SMM mütəxəssisi daima öz üzərində işləməlidir.Eyni zamanda, ekspert SMM-in mənasını və digər marketinqlər ilə aralarındaki fərqlərdən danışıb:
"Sosial Media Marketinqi (SMM)- Sosial Media üzərindən bir biznesin marketinq strategiyasının qurulub idarə olunmasıdır.Ənənəvi Marketinq isə televizor,radio,qəzet və s. kanallar üzərindən təktərəfli ünsiyyətə əsaslanan bir marketinq strategiyasıdır.Yəni,burada artıq bir tərəf-biznes sahibi danışır,digər tərəf isə sadəcə qulaq asır.SMM-də isə hər iki tərəf ünsiyyətdə olur.Yəni,biznes sahibi öz brendindən danışır,izləyici də onun brendinə həm cavab,həm sual verə bilir, həm də rəy bildirir.Ona görə də SMM hazırda daha aktualdır.Və yaş aralığında nəzərə alsaq, gənc nəsil SMM-ə daha yönümlüdür.SMM-in bir üstünlüyü də ondan ibarətdir ki,o daha interaktivdir, ölçülə biləndir və az bir büdcə ilə daha geniş auditoriyaya çatmaq imkanı var.Və ən üstün cəhətlərindən biri də odur ki,biz nəticələri dərhal analiz edə bilirik.
Məsələn , hər hansısa bir brendi televiziyada, radioda marketinq planını qurduqda,onu reklam etdikdə onun nəticəsini analiz etmək mümkün deyil.Amma SMM-də belədir ki, biz rahat şəkildə analiz eləyə bilirik və rahat bir nəticə çıxarmağı bacarırıq".
Ekspert Hashtag-ların rolundan və onun istifadəsindən də söz açıb:
"Ümumiyyətlə, Hashtag-lar Sosial Media məzmunlarını kateqoriyalara ayırmağa və daha geniş auditoriyalara çatmaqda bizə kömək edir.Amma burada da əsas nüanslar var ki, biz doğru,sahəmizə,brendimizə uyğun Hashtag-lardən istifadə eləyək.Həmin Hashtag-lar sayəsində paylaşımlarımız bizim hədəf auditoriyamız tərəfindən daha rahat və daha tez şəkildə tapıla bilir.Burada isə əsas məqam onun keyfiyyətidir.Yəni, mövzu ilə əlaqəli çox da ümumi olmayan,nisbətən daha spesifik olan Hashtag-lardən istifadə edilməlidir.Məsələn, hər hansısa bir "Food Bloger" səhifəsidir və o , həmin Hashtag -ların içərisindən daha spesifik olanı seçsə, onun da təsir gücü daha çox olacaq.
Ümumiyyətlə , Hashtag-lardən istifadə edən zaman İnstagram-ın özü bizə 30 Hashtag imkanı verir, yəni biz maksimum 30 Hashtag-dən istifadə edə bilərik.Amma ümumi götürdükdə 5-10 arası Hashtag - dən istifadə etmək kifayətdir.Həqiqətən də, onların effekti mövcuddur.
Əlbəttə ki ,İnfluencer marketinqi SMM-in bir hissəsidir.Və SMM sahəsinin mühüm alt qollarından biridir.Biz düzgün İnfluencer-lər ilə əməkdaşlıq etdiyimiz zaman markanı çox yaxşı yerlərə gətirə bilərik. Ümumiyyətlə, Sosial Mediada izləyici sayı və etibar qazanan şəxslərlə əməkdaşlıq etmək məhsul və ya xidmətimizi tanıtmaq bizim SMM strategiyalarımıza daxil olur.Hər hansısa bir biznesin SMM işini gördüyümüz zaman həmin biznesin məhsulunu və yaxud da xidmətini göstərəcək düzgün İnfluencer-ləri tapdıqda və onları bir əlaqələndirdikdə sözü gedən biznes üçün çox yaxşı nəticələr əldə etmək olar.Burada isə dediyim kimi ən əsas məsələ düzgün İnfluencer-i tapmaqdır.Bəzən insanlarda çaşqınlıq yaranır.İzləyici sayı çox olan insanı seçirlər.Amma burada əsas nüansı unudurlar ki, bu İnfluencer,həqiqətən, bu marka üçün lazımi İnfluencer-dir mi?Onun hədəf kütləsi bu markanın hədəf kütləsi ilə üst-üstə düşür mü?Üst-üstə düşmədikdə nəticə bəzən yaxşı olmur.Çünki həmin İnfluencer reklamı edir, lakin istədilən nəticə alınmır. Bu zaman da İnfluencer-i günahlandırmaq düzgün deyil.Onun məqsədi həmin sahəni reklam etməkdir,yəni onu insanlara göstərməkdir.O, insanlara lazımınca göstərir , amma insanlar o markanı seçməyə bilərlər".
Nəzrin Məmmədova