Argentinada 5,8 maqnituda gücündə zəlzələ baş verib

Bölmə: Dünya › ,
Tarix: 23:36 01.05.2025

Argentinanın qərbindəki La Rioxa əyalətində 5,8 maqnituda gücündə zəlzələ qeydə alınıb.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 162 min insanın yaşadığı La Rioxa şəhərindən 104 km şimal-qərbdə, ocağı 131 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.