ABŞ Moskva-Kiyev danışıqlarında vasitəçi olmaqdan imtina edib

Tarix: 01:00 02.05.2025
ABŞ artıq Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq, Moskva və Kiyev arasında birbaşa danışıqların vaxtı çatıb”.
“İnformator.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Dövlət Departamentinin sözçüsü Temmi Bryus bildirib.
O qeyd edib ki, bu problemə yanaşma tərzləri və metodologiya dəyişir:
“Biz vasitəçi olmayacağıq, mötədil görüşlərə görə dünyanın o biri tərəfinə uçmayacağıq. İndi iş iki tərəf arasında aparılmalıdır. Bunun vaxtıdır”, - deyə o əlavə edib.
Dövlət Departamentinin sözçüsü bildirib ki, ABŞ sülhün əldə olunmasına kömək etmək üçün əlindən gələn hər şeyi edəcək, lakin münaqişənin nəticəsi, onların fikrincə, indi Ukrayna və Rusiyadan konkret ideyaların işlənib hazırlanmasını tələb edir.
“Dünyanın başqa hissələri, bütün yer kürəsi var. Onlar da bizim diqqətimizi tələb edir”, - o qeyd edib.
Bryus həmçinin ABŞ-nin Rusiyaya qarşı hazırda mövcud olan sanksiyaları ləğv etməyəcəyini də vurğulayıb.