Tramp İrandan neft alanları hədələyib

Bölmə: Dünya › ,
Tarix: 00:14 02.05.2025

 

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrandan neft və neft məhsulları alanlar ikinci dərəcəli sanksiyalarla üzləşəcəklər.

 

“İnformator.az” xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında yazıb.

Tramp vurğulayıb ki, İrandan resurs alanlara heç bir formada ABŞ ilə biznes aparmağa icazə verilməyəcək.


Buna görə də o, İran neftinin alışını dayandırmağa çağırıb.