"Ukrayna ABŞ-nin dəstəyini itirə bilər" -ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 23:17 01.05.2025

Məşhur amerikalı jurnalist Taker Karlson Ukrayna lideri Volodimir Zelenskini ABŞ-nin düşməni adlandırıb.

 


Bu barədə o, amerikalı jurnalist Meqin Kelliyə müsahibəsində bildirib.

 

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Taker Karlson Rusiya-Ukrayna münaqişəsində fərqli bucaqdan yanaşır:

 

"Biz onun Rusiya rəsmiləri ilə Vladimir Putinlə də ayrıca müsahibəsini yaxşı xatırlayırıq. O Kiyev rejiminə özünün sərt mövqeyi ilə həmişə seçilib. Bu onun öz yanaşmasıdır. Taker Karlsonun hazırkı mövqeyi ABŞ Prezidenti Donald Trampın mövqeyini də bənzəyir. Tam üst-üstə düşməsə də, bənzər elementlər çoxluq təşkil edir. Məsələn, bir neçə gün bundan öncə Donald Trampa sual verdilər ki, o bundan sonra da bütün hallarda Zelenskinin yanında olacaqmı? O cavab verdi ki, Zelenskinin yox, Ukraynanın yanında olacaq. Yəni bunun özü çox məqama aydınlıq gətirir. Tramp Zelenskini diktator adlandırdı. Onu seçkilərə getməyə çağırdı. Zelenskinin prezidentlik səlahiyyəti müddəti sona çatıb. Ona görə də Ukraynada prezident seçkiləri məsələsi aktiv müzakirə olunur. Rusiya rəsmiləri də Zelenskini geri legitim prezident adlandırırlar. Bütövlükdə Amerika ABŞ elitasının Zelenskiyə münasibəti çox da yaxşı deyil. Donald Tramp da Zelenskinin davranışlarını təqdir etmədiyini zaman-zaman nümayiş etdirir. Hətta yenə də son müsahibəsində Zelenskinin davamlı olaraq daha çox silah verin tələbini səsləndirib. Buna qarşı olduğunu da heç gizlətməyib. Ukraniyaya hərbi dəstək olmayacağını da Tramp dolayısı ilə nümayiş etdirməkdədir.
Bu baxımdan Taker Karlson bu mənada Zelenskini ölkəsinin düşməni hesab edir".


Politoloq qeyd edib ki, hazırkı siyasi elita ilə Zelenski arasında konstruktiv dialoqun olduğunu düşünmək olmaz:

 

"Zelenski Ağ Ev qalmaqalından sonra üzrxahlıq xarakterli mövqe sərgilədi. Trampın ona soyuq münasibəti aradan qalxmadı. Zelenski çox gözəl bilir ki, ABŞ-nin dəstəyi olmadan Ukraynanın aqibəti çox ciddi sual altında olacaq. Amma bütün bunlara baxmayaraq bir çox hallarda münasibətləri tam nəzarət altında saxlaya da bilmir. Bu hər hansı bir vəziyyətə ciddi təsir göstərməyəcək. Çünki ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi kifayət qədər aydındır. Bu münasibətin dəyişməsi istiqamətində Taker Karlsonun səsləndirdiyi fikirlər təsirli amil rolunda çıxış etməyəcək. ABŞ-nin Rusiya və Ukrayna sühlə bağlı yanaşması da mahiyyət etibari ilə Ukrayna tərəfi bir mənalı qarşılamır. Ukrayna buna qarşı gəlmək gücündə də deyil. Zelenski bununla bağlı fərqli mövqe səsləndirsə də , bu vəziyyətə ciddi təsir göstərmir. Donald Tramp açıq bildirdi ki, Avropa İttifaqı ölkələri, Ukraniyaya təhlükəsizlik təminatı verə bilərlər. Bu prosesdə ABŞ olmayacaq. 

Ukraniya ilə ABŞ arasında münasibətlərdə görünən ziddiyət elementləri mövcudur. Bunu Taker Karlsonun səsləndirdiyi fikirlər , yox, ondan öncə formalaşan təsəvvürlərdir".

 

 


Nuray Əliyeva