“Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası uzun müddətdir fəaliyyət göstərir”

Bölmə: Sosial › ,
Tarix: 22:34 22.04.2025

AHİK-in Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi fəaliyyətə başlayıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvləri ilə görüş keçirilib.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki,  Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası uzun müddətdir fəaliyyət göstərir:

 


"Bunun içərisində mərkəz fəaliyyətə başlayıb. Əməyin mühafizəsi və hüquqi yardımıdır. İş prosesində, xüsusən də ağır və zərərli istehsal proseslərində işin təşkili, iş yerlərinin standartları,sertifikasiyası olmalıdır.
Burada Həmkarlar İttifaqı Konfederasiyası, Həmkarlar İttifaqı təşkilatının fəaliyyətinin əsas məğzi işsizlərin hüquqlarının qorunmasıdır. Bu baxımdan bu təşkilat iş verənlə işçi arasında əlaqələndirici rol oynayır. Əsas məqsəd işsizlərin hüquqlarının mühafizəsidir. Bu istiqamətdə mərkəz qoyublarsa, fəaliyyətlərini yaxşılaşdırmağa çalışacaqlar".

 


Nuray Əliyeva