ABŞ, İsrailin Qəzzada aclıqdan öldürmə siyasətinə şərikdir-BMT məruzəçisi

Bölmə: Dünya › ,
Tarix: 09:50 26.04.2025

Birləşmiş Millətlər Təşkilatının qida hüququ üzrə xüsusi məruzəçisi Maykl Fəxri İsrailin Qəzza zolağında fələstinli mülki əhaliyə qarşı məqsədli aclıq kampaniyası apardığını bildirib. O, bu kampaniyada ABŞ-nin da İsrailə şərik olduğunu vurğulayıb.


Əl-Cəzirəyə verdiyi müsahibədə Fəxri qeyd edib: "Birləşmiş Ştatlar İsrailin soyqırım və mülki əhalinin aclıqdan məhv edilməsində birbaşa iştirakçıdır". O, əlavə edib ki, Qəzzaya daxil olan və çıxan bütün malların və humanitar yardımların nəzarəti İsrailin əlindədir: "Sərhədlərə, malların axınına və humanitar yardımların hərəkətinə tam şəkildə İsrail nəzarət edir". Xüsusi məruzəçi son bir ay ərzində uşaqlar arasında kəskin qida çatışmazlığının 80 faizdən çox artdığını bildirib və bu vəziyyətin siyasi təzyiq alətinə çevrildiyini vurğulayıb.

 

"Hadisələrin inkişafından asılı olmayaraq, mülki şəxslərə humanitar yardımı rədd etmək üçün heç bir şərt və ya siyasi əsas qəbul edilə bilməz", – deyə Fəxri sözlərinə əlavə edib.

 

Mənbə: Al Jazeera
Qəmər Kazımzadə