Argentinada güclü zəlzələ olub

Bölmə: Sosial › ,
Tarix: 21:13 01.05.2025

 


Argentinanın qərbindəki La Rioxa əyalətində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

 

"İnformator.az"xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.


Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təqribən 162 min insanın yaşadığı La Rioxa şəhərindən 104 kilometr şimal-qərbdə yerləşib.

 

Zəlzələnin ocağı 131 kilometr dərinlikdə olub.