İsraildən Suriyanın qəlbinə hücum

Tarix: 21:20 01.05.2025
İsrail, druzları qoruma bəhanəsi ilə paytaxt Dəməşq yaxınlığına 5 hərbi təyyarə ilə ən azı 9 hava hücumu həyata keçirib. Hücumlarla bağlı hələlik ölən və yaralananlar haqqında məlumat yoxdur.
Suriya Təyyarə Müşahidə Mərkəzindən alınan məlumata görə, İsrailə məxsus 5 hərbi təyyarə Sahnaya məhəlləsinə ən azı 9 hava hücumu təşkil edib. Hücumlarla bağlı hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.
Suriya Daxili İşlər Nazirliyi də bildirib: “Qısa müddət əvvəl İsrailə məxsus bir pilotsuz uçuş aparatı Sahnaya yaxınlığında təhlükəsizlik qüvvələrinin toplandığı ərazini bombalayıb. Bu, İsrailin bu səhər saatlarından bəri Sahnaya yaxınlığındakı təhlükəsizlik mərkəzlərinə təşkil etdiyi ikinci bombalama hücumudur".
Haberler.com
Aygün Babayeva