İran-ABŞ danışıqları Romada keçiriləcək

Tarix: 21:22 01.05.2025
İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqton və Tehran arasında dördüncü nüvə danışıqlarının tarixini və yerini açıqlayıb. İki ölkənin rəsmiləri mayın 3-ü şənbə günü İtaliyanın paytaxtı Romada görüşəcək.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Nazirlər Kabinetinin Tehranda keçirilən iclasından sonra danışıb.
Tehran və Vaşinqtonun danışıqların yeri ilə bağlı vaxt itirmədiyini deyən Əraqçi, bunun ev sahibi Omanın müəyyən etdiyini qeyd edib.
Əraqçi, "İnşallah ev sahibi Omanın verdiyi son məlumat əsasında danışıqların növbəti raundu Romada keçiriləcək. Danışıqlardan bir gün əvvəl cümə günü hər üç Avropa ölkəsi ilə görüşümüz olacaq. Təqvim təyin etməmişik, amma vaxt itirmə danışıqlarında maraqlı deyilik və vaxt öldürməyə çalışmırıq. Bizim fikrimizcə, qarşı tərəfin belə motivasiyası yoxdur".
Mənbə: CNN Türk
Səyyarə Mirzəyeva