ABŞ və Ukrayna çoxdan gözlənilən təbii sərvətlərlə bağlı saziş imzalayıb 

Bölmə: Dünya › ,
Tarix: 21:23 01.05.2025

 

ABŞ aylarla davam edən danışıqlardan sonra Ukrayna ilə təbii sərvətlərə dair müqavilə imzalayıb. Dünən bir mətbuat şərhində deyilirdi ki, iki ölkə “Yenidənqurma İnvestisiya Fondu” kimi təsvir edilən bir fond yaratmaq barədə razılığa gəliblər.

 

Müqavilə onlara Kiyevin bərpasını sürətləndirmək üçün “qarşılıqlı aktivlərin, imkanların və qabiliyyətlərin” təmin edilməsi üçün əməkdaşlıq etməyə imkan verəcək. İlkin razılaşmanın fevralda imzalanacağı gözlənilib, lakin ABŞ prezidenti Tramp və ukraynalı həmkarı arasında qızğın mübahisələrdən sonra dağılıb. Bu arada, vilayət qubernatorunun sözlərinə görə, ötən gecə Ukraynanın Odessa şəhərində Rusiyaya məxsus pilotsuz təyyarənin hücumu nəticəsində ən azı iki nəfər ölüb, beş nəfər yaralanıb. Moskva bu razılaşmaya və ya son hücumlara hələ cavab verməyib.

 

BBC News 

Asiman Vəliyeva