Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb

Tarix: 19:28 02.05.2025
Xəzər dənizinin Qazaxıstan sahilində 88 suitinin cəsədi aşkarlanıb.
"İnformator.az" xəbər verir ki, bu barədə "Sputnik Kazaxstan" saytı xəbər verir.
Qeyd olunub ki, onların ölüm səbəblərini müəyyən etmək çətindir. Buna səbəb heyvanların ehtimal olunan ölümlərindən 2-3 həftə sonra tapılmasıdır.
Bildirilir ki, bu dövrdə bölgədə qərb küləyi üstünlük təşkil edib, bu da suitilərin cəsədlərinin sahilə çıxmasına səbəb olub.