Mərkəzi Bankın cari ehtiyatları açıqlanıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:46 02.05.2025

Mərkəzi Bank həftəlik pul və bank statistikasını açıqlayıb. Mərkəzi Bankın ehtiyatları 5 milyard 506 milyon dollar azalaraq 141 milyard 51 milyon dollar olub. 

 

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) cəmi ehtiyatları əvvəlki həftəyə görə 5 milyard 506 milyon dollar azalaraq 25 Aprel həftəsində 141 milyard 51 milyon dollara geriləyib.TCMB həftəlik pul və bank statistikasını açıqlayıb.

 



Buna uyğun olaraq, 25 aprel tarixinə Mərkəzi Bankın ümumi valyuta ehtiyatları 5 milyard 55 milyon dollar azalaraq 59 milyard 250 milyon dollar olub. Ümumi valyuta ehtiyatları aprelin 18-də 64 milyard 305 milyon dollar olub. Bu dövrdə qızıl ehtiyatları da 452 milyon dollar azalaraq 82 milyard 252 milyon dollardan 81 milyard 800 milyon dollara düşüb.

 

Mənbə: A Haber 

Çimnaz Telmanqızı