Finlandiyada orduya məxsus hərbi təyyarə qəzaya uğrayıb

Bölmə: Hadisə › ,
Tarix: 21:12 07.05.2025

Finlandiya Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə Rovaniemi şəhərindəki hərbi əraziyə düşüb. Hadisədən əvvəl pilot özünü təhlükəsiz şəkildə təyyarədən atmağı bacarıb.

 

Finlandiyanın YLE agentliyinin xəbərinə görə, Finlandiya Hərbi Hava Qüvvələrinin sosial media platforması X-dəki rəsmi hesabından məsələ ilə bağlı yazılı açıqlama verilib.

Açıqlamada bildirilib ki, “F/A-18 Hornet” tipli hərbi təyyarə yerli vaxtla saat 11:00 radələrində Rovaniemi şəhərindəki hava limanına yaxın hərbi əraziyə düşüb. Pilotun özünü təhlükəsiz şəkildə təyyarədən atdığı və əlavə tibbi müayinələr üçün xəstəxanaya yerləşdirildiyi qeyd olunub.

Qəza nəticəsində təyyarənin düşdüyü ərazidə hər hansı bir xəsarət alanın olmadığı bildirilib. Hadisədən sonra əraziyə polis və axtarış-xilasetmə qrupları cəlb olunub, hadisə yeri müvəqqəti olaraq polis vasitəsilə bağlanıb.



Mənbə: TRT HABER
Nuray Əliyeva