Azərbaycan-Vyetnam Biznes Şurası yaradılır

Tarix: 21:42 08.05.2025
Azərbaycan və Vyetnam arasında iş adamları arasında əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə yeni bir addım atılıb. Bu məqsədlə Azərbaycan-Vyetnam Biznes Şurası yaradılır.
Mövzu ilə bağlı ekspert Natiq Cəfərli “İnformator.az”a açqılamasında bildirib ki, Azərbyacanla Vyetnam arasında ticarət dövriyyəsi o qədər də yüksək deyil:
“Yaradılan iqtisadi şura və digər dövlət qurumları iqtisadi əlaqələrin genişləndirilməsi üçün xüsusi proqramlar, investisiya layihələri hazırlayacaq. Gələcəkdə turizmlə bağlı müəyyən qərarların alınması nəzərdə tutulub. Birbaşa reyslərin açılması da mümkündür. Bu da danışıqlar predemetidir. Qarşılıqlı səfər etmək mümkündür. Potensial var və bu potensialı reallaşdırmaq üçün yeni layihələrin həyata keçirilməsinə ehtiyac var”.
Əminə Əliyeva