“Qızıl buts”a əsas namizədlər onlardır-“ŞƏRH”

Tarix: 21:49 13.05.2025
"Kilian Mbappeni nəinki, "Qızıl buts" mükafatına, ilk 10-luğa belə çətin girər. Çünki vəziyyət elədir ki, "Qızıl buts"a layiq gördüyüm oyunçu Ousmane Dembeledir. Bundan əlavə, “PSG”nin final mərhələsi hələ baş tutmayıb".
Bu sözləri İTV-nin idman şərhçisi Tural Dadaşov "İnformator.az"a açıqlamasında deyib.
Müsahib qeyd edib ki, həmin final mərhələsi də namizədlərdə böyük rol oynaya bilər:
"Bunu deməyi haqq qazandıran "Barcelona" , "İnter"in favorit oyunçularıdır. "Qızıl buts"un ilk 5-li sırasında bu komandaların oyunçularını görəcəyimizi güman edirəm. "PSG"nin qapıçısı Gianluigi Donnardumma çox yaxşı oyun nümayiş etdirir. "Liverpool"da isə Məhəmməd Salah əla mövsüm keçirdi. Amma Çempionlar Liqasındakı uğursuzluq buna təsirini göstərəcək. Buna görə də ilk 5-likdə görmürəm".
Müsahibimizin sözlərinə görə, Robert Levandovski də ilk 5-liyə namizəddir:
"Kilian Mbappeyə gəldikdə isə namizəd deyil. Doğrudur, ilk mövsümündə yaxşı oyun nümayiş etdirib. "Real Madrid"ə gəldikdən sonra uğurlu mövsüm yaşasa da, "Qızıl buts"a əsas namizəd kimi göstərə bilmərik".
Zəhra Möhübbətova