Amed Sportif Faaliyetlər Keita ilə yollarını ayırıb

Bölmə: İdman › ,
Tarix: 22:11 13.05.2025

 

1-ci Liqada mübarizə aparan Amed Sportif Faaliyetler klubu qış fasiləsində Belçikanın Beerschot VA komandasında transfer etdiyi hücumçu Çarli Keita ilə yollarını ayırdığını açıqlayıb.

 

Klubun rəsmi sosial media hesabında yayımlanan məlumatda bildirilib: “Peşəkar Futbol A Komandamızın oyunçularından Çarli Keita ilə aparılan danışıqlar nəticəsində qarşılıqlı razılaşma əsasında yollarımız ayrılmışdır. Keita’ya klubumuza verdiyi töhfələr və müqavilə fesh prosesi zamanı göstərdiyi anlayış üçün təşəkkür edir, karyerasının qalan hissəsində uğurlar arzulayırıq”.

 

Çarli Keita Amed Sportif Faaliyetler formasında meydana çıxdığı 15 qarşılaşmada 2 qol vurub. Hücum xəttində zaman-zaman təsirli oyun nümayiş etdirən futbolçu, 2 dəfə sarı vərəqə ilə cəzalandırılıb.

 

TRT SPOR

Güllər Gülhüseynova