Makron Qəzzada olanları soyqırım adlandıra bilmədi

Tarix: 18:55 14.05.2025
Fransa Prezidenti Emmanuel Makron İsrailin Qəzzada törətdiyi qırğına reaksiya verib. Makron regiondakı vəziyyəti “utancverici və qəbuledilməz” adlandırıb. Lakin o, soyqırım sualına “mən bunu deyə bilmərəm” cavabını verib.
Fransa Prezidenti Emmanuel Makron Qəzzada 50 min insanın ölümünə görə məsuliyyət daşıyan İsrailin baş naziri Benyamin Netanyahunun administrasiyasını hədəfə alıb. Lakin o, “soyqırım” ifadəsini işlətməyib. Makron “bunu müəyyən etmək mənim işim deyil” desə də, Fransa parlamenti qondarma erməni soyqırımını tanıyıb.
Emmanuel Makron, müxbirin “Cənab Prezident, Qəzzada baş verənləri soyqırım kimi qiymətləndirmək olarmı?” sualına belə cavab verib:
“Bu, siyasətçilərin məsuliyyət daşıdığı məsələ deyil. O, “bunu tarixçilər deyəcək. Amma fikrimcə, bunu deyə bilmərəm”.
Makron “soyqırım” demək əvəzinə Qəzzada baş verən qırğına:
“Bu, ayıbdır”,-deyib.
Mənbə: CNN Türk
Əminə Əliyeva