Qəhvədən imtina edib, hörmətsizlik sayılıb

Tarix: 20:42 14.05.2025
Mayın 13-ü Səudiyyə Ərəbistanına səfər edən ABŞ Prezidenti Donald Tramp Ər-Riyad Beynəlxalq Hava Limanına çatan kimi krallığın ənənəvi qonaqpərvərliyinin bir hissəsi olaraq kiçik fincanda ərəb qəhvəsi ilə qarşılanıb.
“İnformator.az" xəbər verir ki, Tramp ona təqdim olunan qəhvəni içməkdən imtina edib.Bu görüntülər isə Ərəbistan mediasında geniş müzakirələrə yol açıb.
Belə ki, Vəliəhd şahzadə Məhəmməd bin Salmanla danışan Tramp fincanı kənara qoyub, bir qurtum belə içmədən söhbəti davam etdirib.
Əl-Yəmamə sarayında daha sonra çəkilmiş başqa bir videoda Trampa yenidən qəhvə təklif olunur. Bu dəfə o, danışarkən fincanı tutur, amma içib-içmədiyi yenə də bəlli olmur.
Əlavə edək ki, ərəb qəhvəsi Səudiyyə mədəniyyətində istilik, hörmət və dostluq simvolu daşıyır. Bunu nəzakətlə də olsa, geri çevirmək hörmətsizlik kimi başa düşülə bilər.