Özbəkistanda türk tarixini dəyişə biləcək kəşfə imza atılıb

Bölmə: Mədəniyyət › ,
Tarix: 00:39 15.05.2025

 

Özbəkistanda VI əsrə aid olduğu təxmin edilən türk pulu aşkarlanıb.

 

Bu barədə “İnformator.az” "TRT Haber" telekanalına istinadla xəbər verir.

Qərbi Göytürk dövrünə aid olduğu düşünülən sikkənin üzərində "Türk-Xaqan" sözü yazılıb.

 

 

Bu kəşfin türk tarixini dəyişdirə biləcək önəmə malik olduğu hesab edilir. Mütəxəssislərin fikrincə, bu tapıntı türk adının keçdiyi məlum ən qədim yazılı sənəd ola bilər.

 

Özbək arxeoloq Qaybulla Babayarovun sözlərinə görə, Daşkənd bölgəsində tapılmış tunc sikkələrin 20-dən çoxu Qərbi Göytürk Xaqanlığına aiddir:

 

"Soqd dilində yazılı sikkə nümunələrinin birində "Türk-Xaqan" ifadəsi yer alıb. VI-VII əsrə aid olduğu düşünülən bu sikkə Qərbi Göytürk Xaqanlarından birinə, Xaqanlığın qurucularından biri İstemi Xaqanının Fərqanədə hakimiyyətdə olan nəvələrinə məxsus ola bilər".