Goranboy rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər xəsarət alıb

Bölmə: Hadisə › ,
Tarix: 00:12 15.05.2025

 

2001-ci il təvəllüdlü Nəzrin Xudaverdiyeva qarnın küt travması diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.

 

 “İnformator.az” xəbər verir ki, hadisə rayonun Dəyirmanlar kəndində baş verib.

 

İlkin məlumata görə, hadisənin başvermə səbəbi ehtiyatsızlıqdır. Belə ki, onun qayınanası - 1968-ci il təvəllüdlü Gülxanım Xudaverdiyevanın əlində olan tirdən açılan atəş nəticəsində güllə dəmiri deşərək gənc qadına dəyib.