Trampın tarixi qərarı

Bölmə: Dünya › ,
Tarix: 20:46 14.05.2025

 

ABŞ Prezidenti Donald Trampın Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etmə qərarı ölkədə sevinclə qarşılanıb. Suriyalılar, xüsusilə paytaxt Dəməşq başda olmaqla, küçələrə çıxaraq bu qərarı qeyd ediblər.

 

Prezident Ərdoğanla telefonla danışdıqlarını xatırladan Tramp, “Türkiyənin lideri Ərdoğan son günlərdə bu mövzuda bənzər bir tələb irəli sürdü. Orta Şərqdəki digər nüfuzlu dostlarım da eyni fikirdədirlər. Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv edəcəyik”, – deyə bildirib.

 

Dünən etdiyi açıqlamada İstanbulda keçiriləcək görüşlərdə onun da iştirak edə biləcəyini söyləyən Tramp, “(ABŞ Dövlət katibi) Marko Rubio bu həftə Türkiyədə Suriyanın yeni Xarici İşlər naziri (Əsəd Həsən Şeybani) ilə görüşəcək”, – deyib. Tramp, Suriya xalqının böyük əziyyətlər çəkdiyini, aclıq və ölüm yaşadığını qeyd edərək, “Ümid edirəm ki, yeni hökumət ölkəni sabit və sülh içində idarə edə bilər. Suriyada görmək istədiyimiz budur”, – deyə qiymətləndirmə edib.

 

ABŞ-nin Suriyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməsi ölkədə bayramla qarşılanıb. ABŞ Prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini açıqlamasından sonra suriyalılar, xüsusilə Dəməşq başda olmaqla bir çox şəhərdə küçələrə çıxaraq bunu qeyd ediblər.

 

ABŞ, 2011-ci ildə vətəndaş müharibəsinin başlaması ilə devrilmiş lider Bəşər Əsəd dövründə Suriyaya qarşı sanksiyalar tətbiq etmiş, bu sanksiyalar 2020-ci ildə Sezar Qanunu çərçivəsində daha da genişləndirilib.

 

Haberler.com

Aygün Babayeva