Gary Lineker üzr istəyib

Bölmə: Dünya › ,
Tarix: 20:49 14.05.2025

 

Qari Lineker sosial şəbəkələrdə sionizmlə bağlı siçovul illüstrasiyasını paylaşdığı üçün tənqid olunduqdan sonra "şərtsiz üzr istəyib".

 

"İnstaqramda təhqiredici istinadların olduğunu öyrəndiyim materialı yenidən dərc etdim" , - deyib.“Mən bu istinadlara görə çox təəssüflənirəm".

 

"Mən heç vaxt bilərəkdən antisemit bir şey paylaşmazdım. Bu, inandığım hər şeyə ziddir".Match of the Day proqramının aparıcısı "məsələdən xəbər tutan kimi" yazısını sildiyini bildirib.

 

Siçovul tarixən nasist Almaniyasının yəhudiləri xarakterizə etmək üçün istifadə etdiyi dilə istinad edərək antisemit təhqir kimi istifadə edilib.

 

"Humanitar məsələlər, o cümlədən Qəzzada baş verən faciə ilə bağlı çıxış etməyin vacibliyinə çox inansam da, bunu necə etməyimizin vacib olduğunu da bilirəm" , - Lineker deyib.

 

“Bu səhvə görə bütün məsuliyyəti öz üzərimə götürürəm. Həmin görüntü mənim fikirlərimi əks etdirmir".

 

"Bu, mənim tərəfimdən bir səhv idi və mən qeyd-şərtsiz üzr istəyirəm".

 

BBC

Nəzrin Məmmədova