NATO-dan Yusuf Dikeç paylaşımı

Tarix: 20:57 14.05.2025
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Türkiyənin ev sahibliyi ilə Antalyada keçirilən Xarici İşlər Nazirlərinin qeyri-rəsmi görüşü münasibətilə paylaşım edib.
"İnformator.a" xəbər verir ki, NATO-nun rəsmi "X" hesabında türkiyəli idmançı Yusuf Dikeçlə bağlı video yayımlanıb.
"Olimpiya Oyunlarının gümüş medalçısı və Türkiyənin ən məşhur atıcısı Yusuf Dikeç bizə NATO Xarici İşlər Nazirlərinin bu gün və sabah toplaşacağı Antalyanı gəzdirir", - paylaşımda bildirilir.
Xatırladaq ki, Yusuf Dikeç 2024-cü il Paris Olimpiadasında gümüş medal qazanıb.