Pakistandan Azərbaycana təşəkkür fləşmobu

Bölmə: Siyasət › ,
Tarix: 21:09 14.05.2025

Pakistanın nüfuzlu beyin mərkəzlərindən olan MUSLİM İnstitutunun təşkilatçılığı ilə mayın 14-də keçirilən fləşmob aksiyasında Pakistana dəstək və həmrəy olan ölkələrə, o cümlədən Azərbaycana minnətdarlıq ifadə edilib.

 

"İnformator.az" xəbər verir ki, minlərlə insan Pakistan Silahlı Qüvvələrinə ehtiram göstərmək və dost ölkələrə təşəkkür etmək üçün bir araya gəlib.

 

Dəstəyə görə Azərbaycana xüsusi təşəkkür olunub və iştirakçılar “Thank you Azerbaıjan” (“Təşəkkürlər Azərbaycan”) flaşmobu təşkil ediblər.