Azərbaycan səfiri Qətərin parlament sədri ilə əməkdaşlığı müzakirə edib

Bölmə: Siyasət › ,
Tarix: 21:13 14.05.2025

Azərbaycanın Dohadakı səfiri Adiş Məmmədov Qətər Dövlətinin Məşvərət Şurasının sədri Həsən bin Abdulla Əl-Ğanim ilə parlamentlərarası əməkdaşlığı müzakirə edib.

 

Mövzu ilə bağlı “İnformator.az”a politoloq Əli Mustafa bildirir ki, hazırda Azərbaycan Ərəb ölkələri ilə əməkdaşlıq etmək istəməyi doğru strategiyadır:


“Bu o deməkdir ki, biz artıq coğrafiyamızı böyüdürük və müsəlman dünyasına açılırıq. Olduqca doğru və faydalı xarici siyasət fəaliyyətidir. Sözsüz ki, körfəz ölkələri dünyanın həm ən zəngin, həm də nüfuzlu ölkələridir. Onların artıq dünya beynəlxalq münasibətlər sistemində təsiri və gücü hər gün bir qədər artır. Yəni, bu baxımdan Azərbaycan ilə Qətərin əməkdaşlıq təşəbbüsləri çox faydalı bir istiqamətdir. Körfəzin digər ölkələri ilə də münasibətləri ciddiləşdirmək, dərinləşdirmək daha yaxşı olar. Bildiyimiz kimi də Azərbaycanın BƏƏ və Səudiyyə ilə yaxşı münasibətləri mövcuddur. Bu münasibətlərin Qətər ilə də dərinləşməsi və digər körfəz ölkələri ilə genişlənməsi doğru strategiyadır. Yəqin ki, bu istiqamətləri də biz yavaş-yavaş inkişaf etdiyini görəcəyik. Əsas strateji sahələri-xarici siyasət, energetika sahəsi, alternativ enerji sahələridir. Ümumiyyətlə, Azərbaycanın ora sərmayə qoyması çox faydalı olar. Xüsusi ilə Qarabağda işğaldan azad olmuş ərazilərin bərpasında Qətər Azərbaycana ciddi fayda verə bilər. Türk dövlətlər ilə müsəlman dövlətlərin bir araya gəlməsi kifayət qədər realdır”.

 

Aysel Mirzəyeva