İsrail İranı qisasla hədələyir

Bölmə: Dünya › ,
Tarix: 11:51 16.06.2025

 


İranın cavab hücumundan sonra İsrail Tehrana yeni təhdidlə çıxış edib. İsrailin müdafiə naziri Yisrael Katz deyib ki, İran "İsraildə mülki əhalini hədəfə alır və Tehran sakinləri bunun əvəzini tezliklə ödəyəcəklər".


Katz sosial media hesabında dərc etdiyi yazılı mesajda Tehran sakinlərini təhdid edib. İran lideri Əli Xamneyini hədəf alan Katz, Tehran rəhbərliyinin hücumlara cavab olaraq “mülki insanları hədəf aldığını” iddia edib.
Katz iranlıları hədələyərək, “Tehranlılar bunun əvəzini tezliklə ödəyəcəklər” deyib.


İyunun 13-də İsrail ordusunun yüksək komandanlığı da daxil olmaqla, İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini hədəf alan irimiqyaslı hücumlara başlayıb. Hücumlarda İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Qvardiyasının Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olub, mülki vətəndaşların ümumi itkilərinin 224 olduğu açıqlanıb. İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 21 nəfərin öldüyü, 400-dən çox adamın yaralandığı bildirilib. Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.


CNN Türk
Əminə Əliyeva