G7 Zirvəsinin gündəmində nələr var?

Tarix: 12:54 16.06.2025
Kanadanın ev sahibliyi ilə və liderlərin iştirakıyla keçiriləcək G7 Zirvəsinə müharibə damğasını vuracaq. Amma bu, liderlərin gözlədiyi tipik bir müharibə deyil.
Zirvənin əsas gündəm maddələri arasında Rusiyanın Ukraynaya qarşı apardığı müharibə və Donald Trampın ABŞ-nin ticarət tərəfdaşlarına qarşı başladığı gömrük rüsumu savaşı yer alırdı.
Lakin Alberta əyalətində yerləşən Rokki Dağlarındakı üç günlük görüşmənin diqqət mərkəzində qaçılmaz olaraq Orta Şərq olacaq. İsrailin İrana hücum qərarı, G7 liderlərinin digər məsələlərə ayıracağı vaxtı azaldacaq və diqqəti bu qarşıdurmanın necə idarə olunacağına yönəldəcək. Əvvəlki zirvələrdə olduğu kimi, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya – Kanada və Yaponiya ilə birlikdə – ABŞ-ni təsirləndirməyə çalışacaq.
Çünki İsrail hücumlarını açıq Amerika təsdiqi olmadan başlamış olsa da, Baş nazir Benyamin Netanyahunun üzərində real təzyiq qura biləcək yeganə lider ABŞ Prezidenti Donald Trampdır.
Liderlər münaqişənin böyüməsi halında yaranacaq qlobal təhlükəsizlik və iqtisadi risklərin fərqindədirlər. Region ölkələrinin daha böyük bir müharibəyə cəlb olunması və bunun nəticəsində neft qiymətlərinin kəskin yüksəlməsi bu risklərin başında gəlir.
BBC News
Fatimə Heydərova