İsrail ordusu İran dövlət televiziyasına zərbələr endirib

Tarix: 20:39 16.06.2025
İsrail İranda mülki yaşayış məntəqələrinə hücumlar edəcəyini elan etdikdən sonra İran dövlət televiziyasının binasına zərbələr endirib.
İran Radio və Televiziya Korporasiyası (IRİB) paytaxt Tehrandakı binalarının İsraildən hədəf alındığını açıqlayıb.
Sosial mediada paylaşılan görüntülərdə hücumun dövlət televiziyasında yayımlanan proqram zamanı baş verdiyi görünür.
Bir qadın xəbər aparıcısı canlı televiziyada İsrailin hücumlarına reaksiya verərkən baş verən hücum studiyaya ciddi ziyan vurub.
Kadrlarda partlayış anı və yayımın kəsilməsi də əks olunub.
TRT XƏBƏR
Fatimə Şahverdiyeva