“Artıq İran hava məkanı üzərində tam və hərtərəfli nəzarətimiz var”-Tramp

Tarix: 23:00 17.06.2025
ABŞ Prezidenti Donald Tramp İsrailin İrana qarşı hücumları ilə başlayan qarşıdurmaya münasibət bildirərək deyib:
“Artıq İran hava məkanı üzərində tam və hərtərəfli nəzarətimiz var”.
Tramp bu fikirləri Truth Social platformasında paylaşdığı açıqlamada səsləndirib.
O qeyd edib: “İranın müxtəlif keyfiyyətli hava müşahidə sistemləri və digər müdafiə avadanlıqları var idi, lakin bunlar Amerika istehsalı olan texnologiyalarla müqayisəyə belə gəlməz”.
Xamenei barədə: “Harada gizləndiyini dəqiq bilirik”.
Tramp paylaşımında həmçinin İranın ali lideri Əli Xamenei hədəf alaraq bildirib:
“Harada gizləndiyini tam dəqiqliklə bilirik. Asan hədəfdir, amma hazırda orada təhlükəsizdir. Onu aradan qaldırmaq niyyətində deyilik – ən azı, hələlik”.
TRT HABER
Solmaz Muradova