Donald Tramp “Atəşkəsdən daha yaxşısına baxırıq” deyib

Bölmə: Dünya › ,
Tarix: 21:56 17.06.2025

 

Tramp bu açıqlamanı Kanadada keçirilən G7 sammitindən vaxtından əvvəl ayrıldıqdan sonra verib. Lakin Air Force One təyyarəsində olan Şimali Amerika müxbirimizin bildirdiyinə görə, onun bu sözlərlə nəyi nəzərdə tutduğu hələ də tam aydın deyil.


İran və İsrail artıq beş gündür ki, bir-birinə atəş açır – İran mediası Tehranda gecə saatlarında partlayışlar baş verdiyini bildirir, İsrail ordusu isə İranın ölkəyə 30 raket atdığını açıqlayıb. “Haraya gedə bilərəm? Bütün həyatım buradadır, Tehrandadır,” – bir sakin müxbirimizə deyib. Paytaxtı tərk etməyə çalışan insanların yaratdığı sıx nəqliyyat əsas yollar boyunca aydın görünür. Diqqət İranın üzərində olsa da, Fələstin Səhiyyə Nazirliyinin (HƏMAS tərəfindən idarə olunur) verdiyi məlumata görə, Qəzza zolağında yardım bölgəsinin yaxınlığında onlarca fələstinli öldürülüb. İsrail ordusu isə hadisənin detalları ilə bağlı araşdırmanın davam etdiyini bildirib.


BBC
Asiman Vəliyeva