Çində havai fişək fabrikində partlayış: 1 ölü, 9 yaralı

Tarix: 17:39 17.06.2025
Çinin cənubundakı Hunan əyalətində yerləşən havai fişək istehsalı fabrikində baş verən partlayış nəticəsində 1 nəfər həlak olub, 9 nəfər yaralanıb, 6 nəfər isə itkin düşüb.
Xinhua agentliyinin xəbərinə görə, Çanqdi şəhərinin Linçi bölgəsində yerləşən “Shanzou Fireworks” şirkətinə məxsus havai fişək fabrikində gündüz saatlarında partlayış baş verib.
Partlayış nəticəsində fabrikdə çalışan 1 işçi həyatını itirib, 9 nəfər yaralanıb. 6 işçidən isə hələ də xəbər yoxdur.
İşçilər partlayış sahəsində olmayıb.
Hadisədən sonra əraziyə yanğınsöndürən və təcili yardım qrupları göndərilib, axtarış-xilasetmə işləri davam edir.
2017-ci ildə fəaliyyətə başlayan fabrikdə ümumilikdə 150 işçi çalışır. Hadisə zamanı işçilərin çoxunun partlayışın təsir dairəsində olmadığı bildirilib.
A HABER
Solmaz Muradova