Avropa Parlamenti İsrailin İrana hücumunu qınamaqdan imtina edib

Tarix: 18:01 17.06.2025
Avropa Parlamentinin (AP) belçikalı deputatı Mark Botenga Sol qrup adından plenar iclasa İsrailin İrana hücumunu qınamaq təklifini təqdim etdiyini, lakin ana siyasi qrupların bununla razılaşmadığını bildirib.
Qəzzada soyqırıma qarşı Botenga plenar iclasda çıxışı zamanı deyib:
“Rusiya Ukraynaya qanunsuz şəkildə hücum etdikdə, bunu qınayırlar. İsrail İrana qanunsuz şəkildə hücum etdikdə isə qınamaqdan imtina edirlər”.
Botenga əlavə edib:
“İsrail bu həftəsonu İrana qanunsuz və cinayət xarakterli hücum edib. Bu səbəbdən biz Avropa Parlamentində bu ilə bağlı qətnamənin səsverməyə çıxarılmasını istəyirik. Çünki başqa bir ölkəyə bu şəkildə hücum etmək yolverilməzdir. İsrailin bununla bağlı vərdişi olsa da, bu, hələ də qanunsuz və cinayətdir. Bunun nəticəsində çoxlu mülki şəxs, o cümlədən uşaqlar həyatını itirib. Nüvə stansiyaları qəsdən hədəf alınıb. Bu da kütləvi mülki itkilərlə nəticələnəcək nüvə fəlakəti riski yaradıb”.
AB-nin Rusiyanı qınadığı kimi İsraili də qınamasını gözlədiyini bildirən Botenga: “Ancaq (AB Komissiyasının prezidenti) Ursula fon der Leyen İsrailin özünü müdafiə hüququnda israr edir. Hücum edən isə İsrailin özüdür”, — deyə əlavə edib.
TRT XƏBƏR
Nuray Əliyeva