Pakistan: Bəzi ölkələr qətnaməyə lehinə səs verməyimizi istəyib – UAEA

Bölmə: Dünya › ,
Tarix: 18:38 17.06.2025

Pakistanın Baş nazir müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar bildirib ki, İsrailin İrana hücumlarından əvvəl, bəzi ölkələr onlarla əlaqə saxlayaraq, İranın nüvə proqramı ilə bağlı qətnaməyə lehinə səs vermələri üçün təzyiq göstəriblər.


Dar bu barədə İsrailin 13 iyun tarixində İrana endirdiyi hücumdan sonra Geo News kanalına verdiyi açıqlamada deyib.


O qeyd edib ki, 12 iyun tarixində keçirilən Beynəlxalq Atom Enerjisi Agentliyinin (UAEA) iclasında İranın nüvə proqramı ilə bağlı müzakirə olunan qətnaməyə lehinə səs vermələri üçün bəzi ölkələr Pakistanla əlaqə qurub.


Dar əlavə edib ki, bu tələblərə qarşı çıxıblar və İranın nüvə proqramına qarşı olan qətnaməyə səs verməyiblər.


Xatırladaq ki, 12 iyunda keçirilmiş UAEA İdarə Heyətinin iclasında, İranın nüvə materiallarının tam bildirilməsi və əməkdaşlıq öhdəliklərini yerinə yetirmədiyinə dair tənqidlərin yer aldığı qətnamə 19 səslə qəbul edilib.


TRT HABER
Solmaz Muradova