Orgeneral Gürak NATO Hərbi Komitəsinin sədri ilə görüşüb

Tarix: 18:48 17.06.2025
Baş Qərargah rəisi Orgeneral Metin Gürak NATO Hərbi Komitəsinin sədri Oramiral Cüzeppe Kavo Draqone ilə bir araya gəlib.
Orgeneral Gürak rəsmi dəvətlisi olaraq Türkiyəni ziyarət edən Oramiral Draqoneyi Baş Qərargahda rəsmi mərasimlə qarşılayıb.
NATO Marşı və İstiqlal Marşı səsləndikdən sonra Draqone Fəxri Qarovul birliyini salamlayıb.
Orgeneral Gürak və Oramiral Draqone mərasimdən sonra mətbuata qapalı görüş keçiriblər.
TRT XƏBƏR
Lalə Qurbanlı