"İsrail-İran qarşıdurması təhlükəsizlik üçün təhdiddir"-Cevdət Yılmaz

Tarix: 18:49 17.06.2025
Prezidentin müavini Cevdət Yılmaz bildirib ki, İsrail ilə İran arasındakı qarşıdurmalar regional təhlükəsizliyi və sabitliyi risk altına qoyur. O deyib: “Qarşıdurmalar uzandıqca qlobal nəticələrə səbəb olacaq, arzumuz ən qısa zamanda danışıqlar masasına dönülməsidir”.
Prezidentin müavini Cevdət Yılmaz kabinet iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.
Yılmaz, İsrail ilə İran arasındakı davam edən qarşıdurmaları “Qarşıdurmalar təhlükəsizliyə təhdid yaradır, bölgənin ehtiyacı sabitlikdir” sözləri ilə qiymətləndirərək belə danışıb:
“Hazırkı mərhələdə prosesin hansı istiqamətə inkişaf edəcəyini, nə qədər davam edəcəyini və hansı çərçivədə davam edəcəyini qabaqcadan proqnozlaşdırmaq çətindir. Arzumuz budur ki, bu gərginlik ən qısa zamanda sona çatdılsın və tərəflər, nüvə məsələsi də daxil olmaqla, danışıqlar masasına qayıtsınlar. Qarşıdurmalar uzandıqca neft qiymətlərinin yüksəlməsi və ticarət yollarının təsirlənməsi ilə birlikdə, nəticələr yalnız bölgə ölkələri ilə məhdudlaşmayacaq, qlobal səviyyədə təsir göstərəcək. Bu vəziyyət yalnız Türkiyəni deyil, dünya iqtisadiyyatının bütövlüyünü əhatə edən riskli mühit yaradacaq”.
TRT XƏBƏR
Lalə Qurbanlı