Ümit Özdağ təxminən 5 aydan sonra azadlığa buraxılıb

Tarix: 19:01 17.06.2025
Zəfər Partiyasının sədri Ümit Özdağ 148 günlük həbsdən sonra Mərmərə Qapalı Cəza Müəssisəsindən azadlığa buraxılıb.
Ümit Özdağ azadlığa çıxdıqdan sonra verdiyi açıqlamada: "Məni 5 ay təkadamlıq kamerada saxladılar. Heç bir cinayət törətməmişdim. Konstitusiya və qanuni hüquqlarımızın heç biri qorunmur",-deyib.
Ümit Özdağ həbsdə olarkən "ictimaiyyəti açıq şəkildə kin və düşmənçiliyə sövq etmək" ittihamı ilə mühakimə olunub. Məhkəmə Ümit Özdağın cinayətinin sübuta yetirildiyinə qərar verib və 2 il 4 ay 3 gün müddətinə azadlıqdan məhrum edilib. Ümit Özdağın 148 gün həbsdə qalması nəzərə alınaraq, məhkəmə nəzarətinə ehtiyac olmadan azadlığa buraxılmasına qərar verilib.
Mənbə: BCC NEWS TÜRKÇE
Zəhra Möhübbətova