Trampın İranla müharibə səlahiyyəti məhdudlaşdırılıb

Bölmə: Dünya › ,
Tarix: 19:41 17.06.2025

ABŞ-də demokrat senator Tim Kein prezident Trampın İrana hərbi zərbə endirməsi üçün Konqresdən icazə almasını tələb edən qanun layihəsi təqdim edir.

 

Bu addım İsrailyönlü qrupların ABŞ-ni İsrailin İrana qarşı bombardmanına qoşulmağa çağırdığı bir vaxtda gündəmə gəlir. Kein bildirir ki, İsrail-İran arasında artan gərginlik ABŞ-ni yeni və uzunmüddətli bir münaqişəyə cəlb edə bilər. O deyir ki, belə qərarlar yalnız Konqresin müzakirəsi və səsverməsi ilə verilməlidir.

 

Qanun layihəsi 1973-cü il Müharibə Səlahiyyətləri Qətnaməsinə əsaslanır. ABŞ Konstitusiyası müharibə elan etmək səlahiyyətini Konqresə versə də, prezidentlər bu hüquqdan tez-tez birtərəfli şəkildə istifadə edirlər. Həmin sənəd Trampın əvvəlki dövründə də təqdim edilib, lakin veto ilə qarşılanıb. Ekspert Həsən əl-Tayyab hesab edir ki, bu təşəbbüs Trampa və İsrailə ABŞ-nin müharibəyə açıq-şərtsiz qoşulmayacağı barədə siqnal verir.


Qanun layihəsinin qəbul olunması üçün hər iki palatada səs çoxluğu tələb olunur və Trampın imzası lazımdır. Veto halında Konqres üçdə iki çoxluqla qərarı qüvvəyə mindirə bilər. Tramp isə ABŞ-nin prosesə qarışmadığını, lakin gələcəkdə qarışa biləcəyini deyir. O eyni zamanda münaqişənin dayandırılmasına çağırır. İsrailin son bombardmanı onlarla insanın ölümünə səbəb olur və bu, ABŞ-İran arasında planlaşdırılan nüvə danışıqlarından öncə baş verir.

 

Al Jazeera
Qəmər Kazımzadə