G7 liderləri Trampın ticarət kursunu tənqid edib

Bölmə: Dünya › ,
Tarix: 19:43 17.06.2025

Kanadada keçirilən G7 sammitində dünya liderləri ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi ticarət tariflərini müzakirə edir. Avropa ölkələri və Yaponiya avtomobillərə, polad və alüminiuma görə əlavə rüsumlarla üzləşib. Tramp, sammitin əsas mövzusunun ticarət olduğunu açıqlayıb.

 

Ev sahibi Kanada, ABŞ-nin Kanada mallarına tətbiq etdiyi tariflərə görə narahatdır. Meksika prezidenti dəvət olunub və Trampla Şimali Amerika ticarət sazişini müzakirə edir. ABŞ-nin yaxın vaxtda tətbiq edə biləcəyi yeni tariflər fonunda bir çox ölkə administrasiya ilə danışıqlara başlayıb.

 

Almaniya kansleri Fridrix Merz, Fransa və İtaliya liderləri ilə birlikdə tarif təhlükəsini Trampa birbaşa çatdırmağa çalışır. O, bu sammitdə tam həll gözləmədiklərini, amma irəliləyişin mümkün olduğunu deyib. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ticarət rəsmisi Maros Şefçoviç də tədbirdə iştirak edir. Leyen Trampı tarif hücumlarını dayandırmağa çağırıb və ədalətli ticarətin vacibliyini vurğulayıb.

 

Britaniyanın baş naziri Keir Starmer Trampla görüş zamanı ABŞ ilə ticarət sazişini gündəmə gətirib. Böyük Britaniya artıq ilkin razılaşma əldə edib və yekun mərhələdə olduğunu bildirib.

 

Ticarət məsələləri ilə yanaşı, sammitdə İsrail və İran arasında artan gərginlik də müzakirə olunub. İsrailin son hava hücumu İranın dövlət televiziyasına zərbə endirib. G7 liderləri vəziyyətin yumşaldılmasına çağırıb. Tramp isə gərginliyin azaldılmasına dair birgə bəyanatı qəbul etməyə yanaşmayıb. Avropa ölkələri və Yaponiya isə daha sərt mövqe sərgiləyib.


Al Jazeera

Qəmər Kazımzadə