Bizi məğlub etməyə qalxan şəxs kanalizasiyaya düşüb…

Tarix: 19:44 17.06.2025
ABŞ-nin İran-Ermənistan münasibətlərini pozmaq cəhdinə diqqət yetirməyə ehtiyac yoxdur.
"İnformator.az" xəbər verir ki, bu sözləri iyunun 17-də jurnalistlərlə söhbətində İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani deyib.
O, ABŞ-ni yalançı adlandırıb. Onun sözlərinə görə, amerikalılar İranla digər ölkələrin əlaqələr qurmasından qorxurlar.
O qeyd edib ki, İsrail İranın qonşuları ilə münasibətlərini pisləşdirməyə çalışır.
Sübhani əlavə edib ki, sonuncu dəfə İranı məğlub etməyə cəhd edən şəxs İraqın kanalizasiya borusunda öz yerini tapıb:
“Bir çoxları tarix boyu İranı məhv etməyə çalışıblar, lakin onlar sonda özləri məhv ediliblər”.