NASA-nın büdcə ixtisarları Avropanın kosmik layihələrinə zərbə vura bilər

Bölmə: Dünya › ,
Tarix: 19:49 17.06.2025

NASA-nın 2026-cı il üçün açıqladığı büdcə layihəsində 19 ortaq layihədən imtina ehtimalı Avropa ilə ABŞ arasındakı kosmik əməkdaşlığa ciddi təsir edə bilər. Kəsintilər LISA (qravitasiya dalğalarını ölçmək üçün), Envision (Veneraya ilk Avropa missiyası) və NewAthena (ən böyük rentgen rəsədxanası) kimi mühüm proqramlara aiddir.

 

Mütəxəssislərə görə, bu missiyalar ya onilliklərlə təxirə salına bilər, ya da tamamilə ləğv oluna bilər. ESA-nın (Avropa Kosmik Agentliyi) rəhbərliyi bu ixtisarların Avropanın kosmik tədqiqatlarda liderliyini zəiflədə biləcəyini bildirib.

 

NASA-nın Aya planlaşdırdığı Artemis proqramına da ixtisarlar planlaşdırılır. Bu isə ESA-nın istehsal etdiyi Orion kapsulunun enerji modullarının gələcəkdə istifadə olunmaması və Avropa astronavtlarının Ay missiyalarında iştirak şansının itməsinə səbəb ola bilər.

 

Avropa mütəxəssisləri ABŞ-nin bu addımlarını diplomatik və siyasi baxımdan “qarmaqarışıq, amma hüquqi baxımdan qanuni” adlandırıb. İxtisarlar Avropada müstəqil kosmik imkanlara tələbatı artırıb və Kanadadan Çinə qədər yeni tərəfdaşlıq imkanları axtarılır.

 

ESA, ABŞ-nin yekun qərarını gözlədiyini, lakin hər ehtimala hazır olduqlarını bildirib.

 

Evronews
Billurə Quliyeva