Şimali Koreya Kursk bölgəsinə 6 min hərbi personal göndərəcək

Bölmə: Dünya › ,
Tarix: 19:51 17.06.2025

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun verdiyi məlumata görə, Şimali Koreya Kursk bölgəsində bərpa işlərinə dəstək məqsədilə Rusiyaya 6 min hərbi personal göndərəcək. Bu qüvvələrin 1000 nəfəri mina təmizləmə işləri üçün mühəndis heyəti, 5000 nəfəri isə inşaat birliyidir.

 

Şoyqu bildirib ki, qərar Rusiya Prezidenti Vladimir Putinin xüsusi tapşırığı ilə Pyongyanga etdiyi səfər zamanı lider Kim Çen In ilə keçirilən görüşdən sonra verilib. Həmçinin, iki ölkə arasında hava uçuşlarının yenidən başlaması ümid edilir.

 

Qeyd edək ki, Şimali Koreya əsgərləri əvvəllər də Kursk bölgəsində Rusiya ordusu ilə birlikdə döyüşlərdə iştirak edib. 2024-cü ildə imzalanan strateji tərəfdaşlıq sazişinə əsasən, Rusiya və Şimali Koreya bir-birinə qarşı hərbi təhdidlərə birgə cavab verməyi öhdələrinə götürüblər.


Anadolu Agentliyi

Billurə Quliyeva