Prezident Ərdoğan BƏƏ prezidenti ilə görüşüb

Tarix: 19:56 17.06.2025
Prezident Ərdoğan İsrail-İran müharibəsinə 'son vermək' üçün diplomatik fəaliyyətini davam etdirir. Ərdoğan bu çərçivədə BƏƏ prezidenti ilə telefonla danışıb.
Prezident Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparıb. Görüşdə İsrail-İran münaqişəsi, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Görüşdə Ərdoğan İsrailin İrana hücumları ilə başlayan zorakılıq spiralının bütün bölgənin təhlükəsizliyini riskə atdığını, bölgənin yeni bir müharibəyə dözə bilməyəcəyini, diplomatik təmaslarla münaqişələrin sona çatması üçün çalışdıqlarını bildirib. Prezident Ərdoğan həmçinin İranla nüvə anlaşmazlığının həllinin danışıqlar masasına qayıtmaq olduğunu, mövcud vəziyyətin Qəzzaya kölgə salmaması lazım olduğunu, əks halda İordan çayının qərb sahili və Şərqi Qüdsün də işğal təhlükəsi ilə üzləşə biləcəyini bildirib.
A haber
Aysel Mirzəyeva