TAİ Airbus təyyarələri üçün parçalar istehsal edəcək

Tarix: 20:49 17.06.2025
Dünyanın ən böyük aviasiya sərgilərindən biri olan Paris Aviasiya Sərgisində TAİ ilə Airbus arasında yeni müqavilə imzalanıb. Razılaşma ilə TAİ mülki aviasiyada ən çox istifadə edilən Airbus A320 təyyarəsi üçün RUDDER hissəsini istehsal edəcək.
TAI və AIRBUS Fransanın paytaxtı Parisdə təşkil edilən Paris Hava Sərgisində bir araya gəlib.
İmzalarla TUSAŞ-ın Kahramankazandakı mərkəzi dünyada RUDDER hissələri istehsal edən ən əhəmiyyətli müəssisələrdən birinə çevrilib və RUDDER hissəsinin istehsal mərkəzi olub.
İmzalanma mərasimində AIRBUS A350F yük təyyarəsi ilə yanaşı, A320 təyyarəsi üçün də əməkdaşlıq etmək qərara alınıb.
TRT HABER
Səmayə Səftərova