Leonardo və Baykarın super ağıllı İHA layihəsi başlayır

Bölmə: Dünya › ,
Tarix: 20:51 17.06.2025

 

Türkiyənin lider pilotsuz uçuş aparatı (İHA) istehsalçısı Baykar ilə Avropanın ən böyük müdafiə şirkətlərindən biri olan İtalyan Leonardo şirkətinin ötən gün 55-ci Paris Hava Sərgisində elan etdiyi "LBA Systems" ortaq müəssisəsi İtaliya mətbuatında işıqlandırılıb.

 

Ölkənin ən çox tirajlı qəzetlərindən biri olan “Corriere della Sera” yazıb: “Leonardo ilə İHA razılaşması” başlıqlı xəbərdə anlaşma memorandumu imzalayan iki şirkətin yaxın gündə 50% ortaqlıq ilə LBA System adlı ortaq bir müəssisə qurduğu və Leonardo ilə Baykarın İtaliyada İHA istehsal etmək üçün bir araya gəldiyi bildirilib.

 

Qəzet LBA Systems-in missiyasının "uzaqdan idarə olunan təyyarə sistemlərini" layihələndirmək, inkişaf etdirmək və istehsal etmək olacağını bildirib; Baykar, TB3 və Akıncı İHA-ları da daxil olmaqla, əsas məhsulları tədarük edəcək; və Leonardo İHA-ların bir-biri ilə və təyyarədəki pilotlarla əməkdaşlıq etməsinə imkan verəcək elektron sistemlərin təchiz edilməsində iştirak edəcəkdi. Hesabatda Leonardo CEO Roberto Cingolani-nin "Plan tədarüklərə 2026-cı ildə başlamaqdır" ifadəsini də əhatə edib.

 

TRT HABER
Səmayə Səftərova