İngiltərə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Bölmə: Dünya › ,
Tarix: 21:40 17.06.2025

İngiltərə Rusiyanın maliyyə, hərbi və enerji sektorlarına qarşı yeni sanksiya qərarı qəbul edib.

 

İngiltərə hökumətindən verilən açıqlamada bildirilir ki, bu sanksiyalar dənizçilik ilə əlaqəli şirkətlər ilə yanaşı, elektron məhsullar da daxil olmaqla Rusiyaya mal tədarük edən tədarükçilərdən 4 şəxs, 6 qurum və 20 neft tankerini hədəf alır.

Açıqlamada sanksiyaların Rusiyanın hərbi qabiliyyətini və sualtı kəşfiyyat fəaliyyətini gücləndirən hərbi qurumlarını hədəf aldığı vurğulanıb.

 

Həmçinin açıqlamada bu tədbirlərin İngiltərəni sualtı infrastrukturuna yönələcək hücumlardan qoruyacağı və daxili təhlükəsizliyi artıracağı qeyd edilir.

 

TRT XƏBƏR

Nuray Əliyeva