Filoloqlar sertfikasiya prosesindən narazıdır

Bölmə: Sosial › ,
Tarix: 15:20 20.06.2025

Müəllimlərin sertfikasıyalaşması prosesi davam edir. Bu prosesdən ən çox narazı qalan filoloqlardır.

 

Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı "İnformator.az"a açıqlamasında bildirib ki, hansısa mərkəzləşə imtahanlarda bərabərlik prinsipi mütləq qorunmalıdır:

 

"Son vaxtlar kütləvi təhsil imtahanlarından narazılıq səbəbsiz deyil. Belə ki, doğrudan da imtahan suallarının çətinlik dərəcəsi fənlər üzrə bərabər paylanmır. Bu bizə sadə, primitiv hal kimi gəlsə də məsələyə konkret hansısa məktəb səviyyəsində baxılanda müəllimlər üçün nə dərəcədə əhəmiyyət daşıdığnı görərik. Hansısa müəllimin məhz sualların çətinliyinə görə aşağı bal yiğması onun müəllim, şagird və valideyinlər arasında pedaqoji nüfuzuna ciddi zərbə hesab olunur. Sualların çətinlik dərəcəsinin eyni paylanmamasının səbəbinə gəlincə isə burada bir neçə səbəb ola bilər. Birincisi, sualların ekspertizası üzrə vahid mərkəzin və nəzarətin olmaması. İkincisi isə, ola bilsin ki hansısa fəndən say çoxluğuna, rəqabətə görə təlimata əsasən sualların bilərəkdən çətinləşdirilməsi. Hər iki halda məsuliyyət müvafiq qurumun üzərinə düşür və düzgün deyil. Belə ayrı-seçkilik təhsilverənlər arasında da sağlam rəqabəti pozur".


Ayşən Səlimova