Dəri xərçəngi

Bölmə: Sosial › ,
Tarix: 21:09 20.06.2025

Dəri xərçəngi günümüzdə getdikcə yayılmaqda olan ciddi sağlamlıq problemlərindən biridir. Xüsusilə günəşin ultrabənövşəyi (UV) şüalarına uzun müddət məruz qalmaq, dəri xərçəngi riskini artırır.

 

Mövzu ilə bağlı dermotoloq Pərviz Dadaşov "İnformator.az"a açıqlamasında bildirib ki, dəri xərçənginin bir neçə növü var: Bazal hüceyrəli xərçəng, Squamöz hüceyrəli xərçəng, Melanom. Bunlar ön məşhurlarıdır, digər xərçəng növləri də ola bilər:

 

"Bunların yaranma risklərini artıran faktorlar kimyəvi maddələr təmasın olması, ağır metalurgiyada işləmək və ən əsası da günəş qoruyucusu olmadan, uzunmüddətli Günəş altında olmaq. Ən qorxulu dəri xərçəngi növü Melanomdur ki, bunun öldürücülük faizi çoxdur. Bu dərimizdə olan hər hansı bir xallardan qaynaqlana bilər, eyni zamanda xal özü Melanom ola bilər. Ona görə də mütləq şəkildə bədəndə xallar varsa, bu dermotoloq-həkimin yanında dermoskopik müayinədən keçməlidir. Dermotoloq olmayan şəxslərin bədəndə olan xalları lazer vasitəsi ilə müxtəlif üsullarla çıxarması, yandırılması riskləri artıra bilir. Yay mövsümündə Günəş qoruyuculardan istifadə etmək lazımdır. Bunun da istifadə qaydaları vardır. Günəşə çıxmazdan yarım saat öncə sürülməlidir, 2-3 saat sonra təkrarlanmalıdır, dəniz kənarı üçün suyadavamlı qoruyucu olmalıdır və yaxud da ki, hər suya girib-çıxdıqda Günəş qoruyucudan istifadə olunmalıdır".

 

Billurə Quliyeva