Ermənistan Prokurorluğundan Qarabağla bağlı addım

Bölmə: Siyasət › ,
Tarix: 21:16 17.07.2025

Bu həftə Ermənistan Prokurorluğu Yerevandakı “Dağlıq Qarabağ hökumətinin” daimi nümayəndəliyinə məxsus binanın mülkiyyət qeydiyyatının ləğvi üçün məhkəməyə müraciət edib.

 

 Bu addım rəsmi Yerevanın Qarabağ məsələsini bağlamağa çalışdığını göstərsə də, gecikmiş və yarımçıq hesab olunur. 2022-ci ildə Paşinyan Praqa Bəyanatını imzalayaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanısa da, 2023-cü ildə "Qondarma Qarabağ Respublikasının Müstəqillik Günü"nü təbrik etməsi ziddiyyətli addım idi. 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı və Xankəndidə bayraq qaldırması bu siyasətə son qoydu. Paşinyan sonradan Azərbaycanın ərazi bütövlüyünü daha əvvəl tanımadığına görə təəssüf etdiyini bildirib. Məqalədə qeyd olunur ki, Ermənistanda hələ də revanşist meyllər mövcuddur və “miatsum” ideologiyasının bütün səviyyələrdə ləğvi vacibdir.

 

Caliber

Billurə Quliyeva