Bakı "İlin şəhəri" seçilib

Bölmə: Sosial › ,
Tarix: 18:08 23.05.2025

 

Bakı şəhəri "StartupBlink" tərəfindən açıqlanan 2025-ci il üzrə "Qlobal Startap Ekosistemi İndeksi"ndə mühüm uğura imza ataraq Mərkəzi Asiyada innovasiya lideri olub və "İlin şəhəri" mükafatına layiq görülüb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, elektron kommersiya, təhsil, sosial-əyləncə və pərakəndə satış sahələrində tətbiq olunan innovativ texnologiyalar Bakının fərqlənməsində mühüm rol oynayıb.


"Bakı eyni zamanda, tədbirlər, logistika, səyahət, onlayn bazarlar və SaaS xidmətləri üzrə də ilk 100-lükdə yer alıb.
Bu uğur innovasiya ekosistemimizin sürətlə inkişaf etdiyinin əyani göstəricisidir. Qarşıda bizi daha innovativ və böyük uğurlar gözləyir".